İran sabahdan etibarən elektrik enerjisini fasilələrlə verəcək
24.11.2026

İranda əhali və kommersiya istehlakçıları üçün planlı elektrik kəsintilərinə start verilir.

Səbəb elektrik stansiyalarında yanacaq çatışmazlığı, enerji istehlakının artması və enerji sisteminin sabit işinin təmin edilməsində yaranan problemlərdir.

"Təvanir" (İran Elektrik Enerjisinin İstehsalı və Paylanılması üzrə) dövlət şirkətinin məlumatına görə, ilkin mərhələdə kəsintilər iki gündən bir 2 saata qədər davam edəcək.

Lakin havaların soyuması və tələbatın daha da artması ilə kəsintilər hər gün tətbiq oluna bilər.

Şirkətdən bildirilib ki, bu addım enerji resurslarının səmərəli bölüşdürülməsi və milli elektrik şəbəkəsinin qorunması üçün zəruridir.

Kəsinti qrafiki və elektrik enerjisinin kəsiləcəyi ərazilərin siyahısı hələlik dərc edilməyib. Rəsmilər kəsintilərin dəqiq vaxtını əlavə olaraq açıqlayacaqlarını bildiriblər.

visiontv.az