Videoda gördüyünüz robot Çində artıq kütləvi istehsalına başlanmış humanoid robotların oxşarıdır. Təkcə Çinin AgiBot şirkəti bu ilin iyun ayına qədər 15 min robot istehsal edib. Bu robotların mexanikası artıq o qədər inkişaf edib ki, mürəkkəb rəqs hərəkətlərini belə kifayət qədər axıcı formada icra edə bilirlər.
Amma əsas məqsəd, təbii ki, rəqs deyil Humanoid robotlar artıq fabriklərdə material daşımaq, məhsulları çeşidləmək, komponentləri yoxlamaq, istehsal xətlərində müxtəlif təkrarlanan əməliyyatları yerinə yetirmək üçün sınaqdan keçirilir və tədricən real istehsala daxil olur.
Böyük ehtimalla yaxın illərdə fabriklərdə insan əməyinin müəyyən hissəsini robot əməyi əvəz edəcək. Nə də olsa, robot nahar fasiləsi istəmir, məzuniyyətə çıxmır və nəzəri olaraq gecə-gündüz işləyə bilir. Ən azından hələ ki
P.S. Rəqs edən əsl Çin robotlarının videolarını internetdə tapa bilərsiniz. Ümid edirəm, nə vaxtsa biz də öz robotumuzu istehsal edib ona Tərəkəmə oynadacağıq.
Neandertal
visiontv.az