Tələsməliyik, ermənilər məğlub olduqca raket atışları artacaq-Azər Qasımov
17.10.2020

İrəvanın cinayətkar hakimiyyətinin nə etmək istədiyi hamıya məlumdur. Regionu geniş miqyaslı müharibəyə cəlb etmək. Bizə isə Qarabağı azad etmək lazımdır.

Dəqiq və sürətli şəkildə məsələni həll etməliyik, vaxtımız azalır. Vaxtımızın azalması səbəbi isə biz müharibəni sona çatdırmağa yaxınlaşdıqca Paşinyanın daha da ciddi təxribatlara əl atacağı təhlükəsidir. Ordubada, İran ərazisinə raket atılması bunu sübut edir. Məğlub olduqca raket atışları artacaq. Bu baxımdan tələsməliyik ki, qələbə sürətlənsin.

Gəncəyə atılan raketlərin əvəzi verilməlidir, amma qəti şəkildə Irəvan ərazisindəki hərbi hissələr məhv edilməli, dinc yaşayış yerlərinə zərbə vurulmamalıdır. Bizim fərqimiz bu olmalıdır. Haqq işimizə xələl gətirmək olmaz.

Qərbin və Rusiyanın konkret olaraq bizi cəzalandırmaq üçün məsələyə müdaxilə edə bilmə imkanı yox dərəcəsindədir. Qərbin əslində belə bir istəyi də yoxdur. Rusiya müharibənin böyüməsində maraqlı olmasa da, müəyyən məqamdan sonra bəzi açıq hərəkətə keçə bilər. 102ci diviziyanı bizə təzyiq üçün Ermənistan ərazilərini qorumaq adı altında sərhədd boyu yerləşdirə bilər. Bu baxımdan Gəncə hücumuna biz mümkün qədər Qarabağ ərazisində irəliləməklə cavab verməliyik. Rus nə qədər neytral görünsə də, yaratdığı hansısa bir problemin onun razılığı olmadan həll edilməsinə kənardan seyrçi qala bilməz, çünki bu, digər problemlərə də president ola bilər.

visiontv.az