İranda su böhranının dərinləşməsi və Məsud Pezeşkianın Tehranda su çatışmazlığı barədə bəyanatından sonra paytaxtda içməli suyun verilişinə məhdudiyyəttətbiq olunur.
Bununla bağlı yerli mənbələr məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlər barədə rəsmi açıqlama verilməsə də, bu bir neçə gün əvvəldən başlayıb.
Məlumata görə, gecə saatlarından səhərə kimi paytaxt sakinlərinə suyun verilişi tamamilə dayandırılır.
İran məhkəmə sisteminə bağlı "Mizan" xəbər ggentliyi yazıb ki, rəsmilərin dəfələrlə təkzib etməsinə baxmayaraq, Tehranda suyun kvota ilə paylanması prosesinə başlanılıb.
"Həft sobh" qəzeti də Tehranın bəzi ərazilərində içməli suyun gecələr beş-altı saat ərzində qəfil kəsildiyini və bunun əvvəlcədən xəbərdarlıq edilmədən və ya rəsmi açıqlama verilmədən baş verdiyini bildirib.
visiontv.az