İran və Hizbullah İsrail səfirliyinə hücum planlaşdırıb?
20.11.2026

İran və Hizbullahın Taylandın paytaxtı Banqkokda İsrail səfirliyinə hücum hazırlamaq məqsədilə yerli şiə din xadimlərini əməkdaşlığa cəlb etdiyi bildirilib. Planın qarşısının alındığı açıqlanıb.

Məlumata görə, hücumun hazırlanması üçün altı taylandlı din xadimi əməkdaşlığa cəlb olunub. Həmin şəxslərin hamısı İranın Qum şəhərində yerləşən “Əl-Mustafa” Beynəlxalq Universitetində dini təhsil alıblar. Onların Hizbullahın xaricdəki əməliyyatlarına cavabdeh olduğu bildirilən 910-cu bölmə ilə əlaqələrinin olduğu da vurğulanıb.

Əməkdaşlığa cəlbetmə prosesini “Fadi Kəsab” adı ilə də tanınan Livan vətəndaşı Məcid Abdullah təşkil edib. Taylandda yaradılan qruplaşmaya isə Mübarək Hüseyni adlı şəxs rəhbərlik edib.

visiontv.az