Tehran rejimi yaratdığı "Huseyniyyun" terror təşkilatı vasitəsilə Azərbaycanı şantaj edir
28.03.2024

İran SEPAH tərəfindən Azərbaycanın konstitusiya quruluşunu hədəfə alan, ölkə daxilində çaxnaşma, sui-qəsd hazırlanması üçün yaradılan "Huseyniyyun" təşkilatı fəaliyyətini praktiki olaraq davam etdirir. Lənkəran icra hakimiyyətinə qarşı planlaşdırılan sui-qəsd məhz İran dövləti tərəfindən yaradılan "Huseyniyyun" terror təşkilatı tərəfindən həyata keçirəcəkdi.

Bir neçə il bundan əvvəl, Gəncədə icra hakimiyyətinə qarşı sui-qəsd məhz bu terror təşkilatının idi işi.

İran rejimi Azərbaycanla əlaqələrini sözdə normallaşması istiqamətində açıqlamalar verməsinə baxmayaraq, ölkəmizə qarşı terror ve hibrid müharibədən geri çəkilmir. Bundan sonra da İran rejiminin bu siyasəti Azərbaycana qarşı davam edəcək. İranda sosial şəbəkələr üzərindən Azərbaycana qarşı informasiya təxribatları davam edir.

İran məhz məzhəb ideologiyasından istifadə edərək Yaxın Şərqdə həyata keçirdiyi terror şəbəkəni Azərbaycanda da davam etdirməyə çalışır. Azərbaycan İrana qarşı Cənubi Azərbaycan məsələsini gündəmə gətirməli və Türkmənçay müqaviləsini tanımadığını rəsmən elan etməlidir. Tehran rejiminin Azərbaycanı hədəfə alan "Huseyniyyun" terror təşkilatının fəaliyyətinə son qoymasını tələb etməlidir.

Məhəmməd Əsədullazadə

visiontv.az