Tehran geri addım atdı: Edama məhkum edilən etirazçı zaminə buraxıldı
04.02.2026

İranda yanvar ayında baş verən etiraz aksiyaları zamanı həbs olunan və sonradan edam cəzasına məhkum edilən etirazçı Erfan Sultani girov müqabilində zaminə buraxılıb.

Sultaninin vəkilinin verdiyi məlumata görə, o, 12.600 ABŞ dolları məbləğində girov qarşılığında sərbəst buraxılıb. Həbsindən sonra İran və beynəlxalq mediada Sultaninin ölüm hökmü aldığı barədə xəbərlər yayılıb. Onun fotosu qısa müddətdə sosial şəbəkələrdə geniş yayılaraq etiraz hərəkatının simvollarından birinə çevrilib.

Artan beynəlxalq təzyiqlərdən sonra İranın Məhkəmə-Ədliyyə Sistemi Sultaninin ölüm hökmünə məhkum edilmədiyini açıqlayıb. Buna baxmayaraq, rejim ona qarşı ağır ittihamlar irəli sürüb. Rəsmi açıqlamaya görə, Sultani “daxili təhlükəsizliyə qarşı məlumat toplamaq və sui-qəsd hazırlamaq, eləcə də dövlət quruluşu əleyhinə təbliğat aparmaq” maddələri ilə ittiham olunur.

visiontv.az