İran prezidentinin oğlu Yusif Pezeşkian, ölkədə baş verən etirazların sərt şəkildə yatırılmasından sonra “X” hesabında paylaşım edib.
“İnsan ümidlə yaşayır. İslahat ümidi. Ümidini itirən ölüdür. İslahat isə ölməzdir. Ölüm islahat ümidini itirənlərin taleyidir”, - deyə, Yusif Pezeşkian bildirib.
Pezeşkianın bu açıqlaması ölkədəki etirazlar və insan haqları ilə bağlı narahatlıqlar fonunda diqqət çəkib. Paylaşım həm xalqın ümidlərini canlandırmaq, həm də mövcud rejimə qarşı mülayim islahat çağırışını vurğulamaq məqsədi daşıyır.
visiontv.az