Fransa İranın represiyalarına son qoymağı prioritet hesab edir
04.02.2026

İran rejiminin öz xalqına qarşı represiyaları sona çatdırması əsas hədəf olmalıdır.

Bunu Fransanın xarıcı işlər naziri Jaen Barrot deyib.

Barrot "franceinfo"ya verdiyi müsahibədə bildirib ki, "prioritet ilk növbədə bu repressiyaya son qoymaqdır". O bildirib ki, İran "məhbusları azad etməli, kommunikasiyanı bərpa etməli və İran xalqına azadlıq verməlidir".

Barrot həmçinin "La Dépêche du Midi"yə verdiyi müsahibədə Fransanın rejim dəyişikliyini xaricdən tətbiq etməyə çalışmadığını, lakin sanksiyalar vasitəsilə "maksimum təzyiq" tətbiq etdiyini bildirib ki, "İran xalqı öz gələcəyinə nəzarəti geri ala bilsin".

O bildirib ki, Paris Rusiyaya raket ötürülməsi, etirazların yatırılması ilə bağlı İran rəsmilərinə sanksiyalar tətbiq edib və İran İnqilab Keşikçilərini terror təşkilatı kimi siyahıya almağı dəstəkləyib.

"Kütləvi cinayətlərdən sonra cəzasızlıq ola bilməz", deyə o qeyd edib.

visiontv.az