Tehran danışıqları dalana dirəyir
05.02.2026

Qətər İranın ABŞ ilə aparılan danışıqlardakı mövqeyindən narazılıq ifadə edib. Məlumata görə, İranın ali rəhbəri Əli Xameneyinin səhhəti ilə bağlı yayılan məlumatlar və Tehranın danışıqları uzatmağa yönəlmiş taktikaları region ölkələrində ciddi narahatlıq doğurur.

Mənbələr bildirir ki, İran ABŞ ilə danışıqlarda yalnız uranın zənginləşdirilməsi məsələsinə fokuslanan məhdud formatda israr edir, regional siyasət və raket proqramının müzakirəsini isə qəti şəkildə rədd edir.

Qətər XİN-nin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari çərşənbə axşamı bildirib ki, mövcud böhran tək bir mövzu ilə məhdudlaşdırıla bilməz. Onun sözlərinə görə, bütün mübahisəli məsələlərin gündəmə gətiriləcəyi hərtərəfli danışıqlar prosesinə qayıdış zəruridir.

Mənbələr qeyd edir ki, Xameneyinin mövcud taktiki yanaşması bölgədə hərbi ssenarinin yaxınlaşması ehtimalını artırır.

visiontv.az