Təbrizdə saxlanılan iki güneyli fəaldan hələ də xəbər yoxdur
27.01.2026

Son günlər İran təhlükəsizlik qüvvələri tərəfindən Təbrizdə həbs olunan Güney Azərbaycan Milli Hərəkatının fəalları Yürüş Mehrəlibəyli və Əli Babainin vəziyyəti ilə bağlı rəsmi məlumat verilməyib.

Ailələrinə yaxın mənbələrin bildirdiyinə görə, yaxınlar təhlükəsizlik və məhkəmə qurumlarına dəfələrlə müraciət etsələr də, saxlanılanların harada tutulduğu, hansı qurum tərəfindən həbs edildiyi və hüquqi statusları ilə bağlı hər hansı açıqlama əldə edə bilməyiblər. Məsul qurumlar məlumat verməkdən imtina edib, yalnız şifahi şəkildə həbslərin “insanları etirazlara təşviq etmək” iddiası ilə həyata keçirildiyini bildiriblər.

Məlumata görə, Əli Babai 8 və ya 9 yanvar tarixində Təbrizdə saxlanılıb. Yürüş Mehrəlibəyli isə yanvarın 5-də xalq etirazları ilə bağlı video müraciət yaydıqdan qısa müddət sonra həbs edilib.

visiontv.az