İranda silahlı qarşıdurma: 3 bəluc öldürüldü
27.01.2026

İranın təhlükəsizlik qüvvələrinin Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində keçirdiyi əməliyyat zamanı 3 bluc öldürülüb.

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, təhlükəsizli qüvvələrinin bir yaşayış mənzilinə hücumundan sonra 1 saat davam edən əməliyyat və atışmadan nəticəsində 30 yaşlı Niyaz Bameri, 38 yaşlı Əliəkbər Zamanxani və 33 yaşlı Məcid Zamanxani öldürülb, 3 nəfər isə həbs edilib.

Öldürülənlərin hansı qruplaşmaya mənsub olduqları barədə hələlik məlumat verilməyib.

visiontv.az