Təbrizdə alov görüntüləri geniş diqqət çəkib.
Gunaz TV-nin məlumatına görə, sosial şəbəkə X istifadəçilərinin paylaşdığı videolarda bazar ertəsinə keçən gecə ABŞ hücumlarından sonra Təbrizdə hərbi mövqelərdə alovların yüksəldiyi görünür.
X istifadəçilərinin yaydığı məlumatlara əsasən, hücum zamanı Təbrizin raket bazası hədəfə alınıb. İran rəsmiləri və rəsmi mənbələr indiyədək bu məlumatlar və mümkün ziyanın miqyası ilə bağlı hər hansı açıqlama verməyiblər.
visiontv.az