Tbilisidə Müstəqillik Günü Azərbaycan və Gürcüstan bayraqları ilə qeyd olunub
26.05.2026

Tbilisidə Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirlərdə azərbaycanlılar və Gürcüstanda yaşayan soydaşlarımız da iştirak ediblər.

Azadlıq meydanında keçirilən bayram tədbirlərində iştirak edən soydaşlarımız  Azərbaycan və Gürcüstan bayraqları ilə yürüşə qoşulublar.

Tədbir iştirakçıları bildiriblər ki, iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri xalqlar arasında da özünü göstərir.

Qeyd edək ki, iki gün sonra  Azərbaycan da Müstəqillik Gününü qeyd edəcək. Simvolik məqamlardan biri isə odur ki, həm  Gürcüstanın, həm də  Azərbaycanın müstəqilliyi  Tbilisinin mərkəzində, Azadlıq meydanının yaxınlığında yerləşən tarixi binada elan olunub.

Paytaxt  Tbilisidə Müstəqillik Günü münasibətilə mədəni, idman və əyləncə tədbirləri davam edir.

visiontv.az