"Tasnim": İran "Amazon"un Bəhreyndə yerləşən məlumat infrastrukturunu vurub
21.07.2026

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə ABŞ-yə məxsus kommersiya obyektinə zərbə endirdiyini iddia edir.

"Tasnim" agentliyinin məlumatına görə, bu barədə SEPAH-ın bəyanatında deyilir.

Bəyanatda bildirilib ki, SEPAH-ın  Aerokosmik Qüvvələri qanadlı raketlərlə  Amazon şirkətinin mərkəzi məlumat infrastrukturunu vurub.

SEPAH iddia edib ki, hücum  ABŞ-nin son günlər Darkhovin bölgəsində mülki infrastruktura endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.

ABŞ və Bəhreyn rəsmiləri isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.

visiontv.az