Tariximizdən görüntülər
10.09.2026

Tarixdəki ən güclü dövlətlərimizdən biri olan Azərbaycan Atabəyləri (və yaxud, Eldənizlər) dövlətinin Naxçıvan şəhərindəki mərkəzi iqamətgahının ərazisində yerləşən Mömünə Xatun türbəsi və məscid kompleksinin qalıqları.

Bu fotoşəklin ötən əsrin 20-30-cu illərində çəkildiyi bildirilir.

Şəkilin açıqlaması yoxdur.

Çar Rusiyası və Sovet dövründə bir çox abidələrimiz məhv edildi. Sözügedən kompleksdən də indi yalnız Mömünə Xatun türbəsi ayaqda qalmaqdadır.

P.S. Hazırda İranın fars-molla rejimi də Güney Azərbaycandakı tarixi abidələrimizə qarşı eyni vandalizm siyasətini yürüdür. Bu, bir xalqı öz tarixi irsindən məhrum etmək, köksüzləşdirmək siyasətidir.

Bəybala Mirzəyev

visiontv.az