"Nüvə silahının qadağan edilməsi fətvasına yenidən baxılsın"
25.10.2026

İran parlamentinin üzvü Həsən Nətac İslam Respublikasının ali rəhbəri Müctəba Xameneyinin yeni fətvası əsasında ölkənin nüvə doktrinasına yenidən baxıla biləcəyini deyib.

O qeyd edib ki, xalqın dəstəyi ilə nüvə silahının istehsalı ilə bağlı mövcud dini mövqeyin dəyişdirilməsi xahişi ilə ali rəhbərə müraciət etmək mümkündür.

"Biz ali rəhbərdən nüvə silahının istehsalına icazə verən yeni fətva verməsini xahiş edə bilərik", — deyə Nətac bildirib.

ABŞ-nin İranın energetika infrastrukturu və nüvə obyektlərinə zərbələr endirmək üçün "bütün bombaların anası"nı tətbiq edə biləcəyi ehtimalını şərh edən deputat əlavə edib:

"Düşmənlərimiz bilsinlər: İrana hansı bombanı atsalar da, o, bütün dünyaya öz texnologiyasını, qüdrətini və gücünü nümayiş etdirəcək".

visiontv.az