İranın hicab şousu davam edir
23.10.2026

Qəzvin şəhərindəki Kövsər Elmi Hövzəsinin müəllimləri, əməkdaşları və tələbələri Azərbaycanda vahid məktəb geyimi qərarına etiraz olaraq toplantı keçiriblər.

Seminariyanın ərazisində keçirilən toplantıda iştirakçılar əllərində yazılı lövhələr tutaraq Azərbaycan dövlətinin məktəblərdəki geyim qaydalarını tənqid ediblər. Onlar Azərbaycanda müsəlman qadınların məktəblərdə hicab taxmaq hüququnu dəstəklədiklərini bildiriblər. 

Görünür, Azərbaycan məktəblərinin geyim qaydaları İranın dini dairələri üçün ortaq maraq mövzusuna çevrilib. Bir gün deputatlar danışır, o biri gün ruhanilər bəyanat verir, indi də elmi-dini hövzənin müəllimləri və tələbələri aksiya keçirirlər. Qəzvindəki seminariyanın müəllim və tələbələri Azərbaycan məktəblərinin qaydalarını müzakirə etməyə vaxt tapıblarsa, bəlkə əvvəlcə öz ölkələrində qadınların geyim seçimi məsələsinə də eyni həvəslə nəzər salsınlar?

visiontv.az