Tanınmış türkoloq Həsən Umudoğlu həbs edilib
09.10.2024

Təbrizdə yaşayan tədqiqaçı, Dədə Qorqudşünas və şair Həsən Umudoğlu həbs edilib.

Bu barədə onun yaxınları məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik məmurları Umudoğlunu oktyabrın 7-i evdən çıxarkən həbs edərək naməlum yerə aparıblar.

Onun harada saxlanıldığı vəhəbs səbəbi barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, Həsən Umudoğlu Azərbaycan dili, mədəniyyəti, ədəbiyyatı və Dədə Qorqudşünaslıq sahəsindəki əsərləri ilə tanınır.

Onun İranda Azərbaycan dilinin qorunub saxlanılması, inkişafı və qeyri-rəsmi şəkildə özəl siniflərdə tədrisində əhəmiyyətli rolu olub.

visiontv.az