Mazandaranda spirtli içkidən ölnlərn sayı artdı
09.10.2024

Mazandaran əyalətinin Çalus və Amol şəhərlərində saxta spirtli içkidən istifadə nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Bu barədə əyalətin Tibbi Eksprtiza Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilib ki, ölənlərdən 3-ü qadındır və hazırda xəstəxanaya yerləşdirilənlərdən bir neçəsinin də həyatı təhlükədə olduğuna görə ölü sayı arta bilər.

Qeyd edək ki, ötən həftə Mazandaran əyalətində saxta spirtli içkidən istifadə nəticəsində 112 nəfər zəhərlənib.

İranda spirtli içki istehsalı qadağan olduğuna görə, gizli və qeyri-standart şəkildə hazırlanan spirtli içkilər hər il minlərlə insanın zəhərlənməsinə və ölümünə səbəb olur.

Bir müddət əvvəl İran Tibbi Ekspertiza Mərkəzinin başçısı Abbas Məcidi bildirib ki, son bir ildə 644 nəfər qeyri-standart spirtli içki qəbul etdiyi üçün həyatını itirib.

visiontv.az