İsveç Kral Elmlər Akademiyası 2024-cü il Kimya üzrə Nobel Mükafatına 3 nəfəri layiq gördü
09.10.2024

“Desablamalı zülal dizaynına görə” Devid Beykerə və “Zülal strukturunun proqnozlaşdırılmasına görə” Demis Hassabis ilə Con M. Camperə .

1. Vaşinqton universitetinin 62 yaşlı professoru Devid Beyker tanınmış biokimyaçı və biomühəndisdir, genomika sahəsində çalışır. O, zülalların layihələndirilməsi və onların üçölçülü strukturlarının proqnozlaşdırılması üsullarına öncülük edən alimdir.

2. 48 yaşlı Demis Hassabis ingiltərəli Süni İntellekt tədqiqatçısı, nevroloq və kompüter oyunları tərtibatçısıdır. O, Kiprli yunan ata ilə Sinqapurdan olan çinli ananın ailəsində doğulub. Uşaq ikən şahmatla məşğul olan Hasabis şahmat vunderkindi, 13 yaşında Elo reytinqi 2300 idi.

Koqnitiv nevrologiya üzrə elmlər doktorudur. Yaddaş və amneziya mexanizmlərinin tədqiqi sahəsində çalışan Hasabis DeepMind adlı Süni İntellekt kampaniyasının qurucusudur.

2014-cü ildə Google şirkəti DeepMind-i 400 milyon funta satın aldı. Hassabis bu əməliyyatdan sonra da Google DeepMind şərkətinə rəhbərlik edir.

3. Con Camper Kembric Universitetində fizika, Vanderbilt Universitetində fizika və riyaziyyat üzrə bakalavr dərəcələri alan Camper PhD dərəcəsini Çikaqo Universitetində alıb. 39 yaşlı araşdırmaçı ən gənc Nobel laureatlarından biri oldu...

İbrahim Nəbioğlu

visiontv.az