İranın keçmiş daxili işlər nazirinin müavini və islahatçı siyasi məhbus Mustafa Taczadə yanvar etirazlarının zorakılıqla yatırılmasını vətəndaşlara qarşı kütləvi qırğın kimi dəyərləndirib. O, hakimiyyəti ölkəni qorxu və zorakılıqla idarə etməkdə ittiham edib.
“Əziz İran yaralı və kədərlidir” başlıqlı qeyddə Taczadə bildirib ki, hakimiyyətin yanaşması yanvar hadisələrində açıq şəkildə üzə çıxıb və minlərlə insanın yasına səbəb olub. Onun sözlərinə görə, bu faciə həm proqnozlaşdırıla bilən, həm də qarşısı alına bilən idi.
Taczadə qeyd edib ki, İranın ali rəhbəri Əli Xameneyi xalqın səsini dinləsəydi və ictimai tələbləri qəbul etsəydi, qan tökülməsinin qarşısı alına bilərdi. O, etirazçıların “iğtişaşçı” kimi qələmə verilməsini və aksiyaların xarici müharibələrlə əlaqələndirilməsini də tənqid atəşinə tutub.
visiontv.az