İran Ordusunun baş komandanı Əmir Hatəmi ölkənin yüksək döyüş və müdafiə hazırlığı vəziyyətində olduğunu bildirib.
"Bu gün biz yüksək döyüş və müdafiə hazırlığı vəziyyətindəyik və bölgədəki düşmən hərəkətlərini izləyirik. Onların pis niyyətlərindən xəbərdar olduğumuz üçün barmağımız tətiyin üzərindədir", - deyə, Hatəmi iddia edib.
Onun sözlərinə görə, “hətta 3 ildən çoxdur ki, NATO ölkələri ilə münaqişədə olan Rusiya İranın 12 günlük təcrübəsinə sahib deyil”.
visiontv.az