Tehran-1943, yoxsa Bakı-1943: Məhşur filmin gizlinləri
02.02.2026

1943-ci il 28 noyabr - 1 dekabr tarixində İranın paytaxtında "Böyük üçlüyün" "sammit"i keçirilir: SSRİ, Böyük Britaniya və ABŞ-ın rəhbərləri Avropanın müharibədən sonrakı quruluşunu müzakirə edirlər. Noyabrın 28-də başlayan Tehran konfransının əsas məsələsi isə, iki il əvvəlki kimi yenə də Avropada "ikinci cəbhənin" açılması barədə idi.

1981-ci ildə SSRİ, Fransa və İsveçrə birgə bu tarixin ən önəmli görüşünə həsr edilən "Tehran-43" filmi çəkilir. Rejissorlar Aleksandr Alov və Vladimir Naumovdur. Filmdə məşhur fransız aktyoru Alen Delon, İqor Kostolevski və Natalya Beloxvostikova baş rolları ifa ediblər.

Filmin bir çox səhnələri Bakıda, xüsusilə İçərişəhərdə çəkilmişdir ki, bura Tehran atmosferini canlandırmaq üçün istifadə olunub. Həmçinin filmdə Azərbaycan aktyorları Ələsgər Məmmədoğlu (Qulam Rza adlı kiçik bir obrazı canlandırıb) və Elxan Ağahüseynoğlu epizodik rollarda çıxış ediblər

İçərişəhərin dar küçələri, daş evləri və relyefi o dövrün Tehranı ilə demək olar ki, eynilik təşkil edirdi. O dövrdə İranda çəkiliş aparmaq siyasi cəhətdən çətin idi, Bakı isə həm "şərq ruhunu" qoruyub saxlamışdı, həm də sovet kinematoqrafçıları üçün əlçatan idi.

Siz indi fotoda maraqlı bir binanı görürsünüz. Bu bina XV əsrə aid olan İkitəbəqəli Karvansaradır. Bəzən Qasım bəy karvansarası da adlanır. Keçmiş Varvarinskaya, indiki Həqiqət Rzayeva küçəsi öz memarlığı ilə 1940-cı illərin Tehranını vizual olaraq tam əvəz edə bilirdi.

Kadrlarda görsənir ki, bir qrup jurnalist Həqiqət Rzayeva küçəsi ilə "Böyük Üçlük"ün rəhbərləri ilə görüşmək üçün binaya aparılır. Filmdə "Böyük Üçlüyün" görüşdüyü yer kimi təqdim edilən bu bina əslində film üçün yaradılmış bir "illüziya" idi. Real tarixdə görüşlər SSRİ və Britaniya səfirliklərində keçirilmişdi, lakin kadrda bu karvansara daha əzəmətli görünürdü

İçərişəhərdəki məşhur Qəni Məmmədovun evi və onun ətrafındakı aristokratik Şərq memarlığı filmdə varlı Tehran ailələrinin və ya diplomatik korpusun keçdiyi küçələr kimi istifadə olunub. Həmin binaların fasadlarındakı fars dilində olan reklam lövhələri və afişalar şəhərin görkəmini tamamilə dəyişmişdi.

Alain Delonun qəhrəmanı olan inspektor Foş olduğu bəzi səhnələrin ev sahibliyini də məhz Bakının köhnə məhəllələri edib., Delon Bakıya gəlməsə də (onun səhnələri Parisdə çəkilib), onun dublyoru və ya oxşar planlar üçün Bakının küçələrindən istifadə olunub

Filmdəki bəzi Paris səhnələrinin bir hissəsi Bakıda, keçmiş "Sovetski" və "Kubinka" adlanan ərazilərin ətrafındakı Avropa üslublu binaların yanında çəkilib. Rejissorlar bəzi kadrları elə qururdular ki, küncdən görünən bir dar küçə həm Tehranı, bir az sonra isə başqa bucaqdan Parisi xatırlada bilsin.

Filmdəki kütləvi səhnələrdə istifadə olunan bir çox papaqlar, şallar, bəzi mis qablar elə Bakının özündən, yerli əhalidən və teatrların qarderoblarından toplanmışdı.

Filmdə Alman kəşfiyyatının planları müzakirə olunarkən və ya tarixi arayışlar verilərkən belə bir fikir keçir:

"Bakı olmasa, bizim tanklarımız dayancaq, təyyarələrimiz isə uçmayacaq. Tehran isə Bakıya gedən yolun qıfılıdır."

Prof.Dr. Zaur Əliyev

visiontv.az