Təbriz Şəhər Şurasının üzvü Rəsul Bərgi İran dövlət televiziyasının rəhbərliyinə kəskin etirazını bildirib.
O, dövlət televiziyasının fəaliyyətini və yerli kanalların siyasətini kəskin tənqid edərək deyib: "Televiziya xalqındır, heç kimin ata mirası deyil. Təbrizdə və Güney Azərbaycanda fəaliyyət göstərən kanal elə təqdim olunmalıdır ki, həqiqətən xalqa məxsus olduğu hiss edilsin. Xalqın öz dilində, öz mədəniyyətində danışmasına mane olmaq olmaz.
Bir vaxtlar gəldilər, Azərbaycana və onun mədəniyyətinə qarşı sözlər dedilər. Axırda nə oldu? Özləri getdilər, amma xalq, mədəniyyət, Azərbaycan və Türk dili qaldı. Azərbaycana qarşı çıxan Firdosipurlar tarixin zibil qutusuna atıldılar".
visiontv.az