Sünni din xadimi məhkəməyə çağırıldı
13.04.2026

İranda yaşayan sünni məzhəbli etnik bəlucların din xadimi Əbdühəkim Osmani Məşhəd şəhərində yerləşən Din Xadimlərinin Xüsusi Məhkəməsinə çağırılıb.

Bu barədə din xadiminin özü məlumat yayıb.

Osmaninin, adı çəkilən məhkəmədən edilən telefon zəngi vasitəsilə məhkəməyə çağırıldığı bildirilib.

Onun məhkəməyə çağırılmasının səbəbləri barədə açıqlama verilməyib.

Qeyd edək ki, Əbdülhəkim Osmani din xadimi olmaqla yanaı, həm də ictimai fəaliyyətləri ilə tanınır.

visiontv.az