Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
20.04.2026

İranın Sistan və Bəlucistan əyalətinin Xaş bölgəsində silahlı qarşıdurma olub.

Bu barədə əyalətin polis komandanlığı məlumat yayıb.

Məlumata görə, nəzarət mntəqəsinə yaxınlaşan minik avtomobilinin sürücüsü polis qüvvələrinin dayan əmrinə tabe olmayıb.

"Avtomobildə olan iki şəxs polis qüvvələrinə atəş açəb. Polislərin cavab atəşi nəticəsində iki silahlının biri həlak olub, digəri isə saxlanılıb",- məlumatda bildirilib.

Ölən və həbs edilən şəxsin kimliyi barədə açıqlama verilməyib.

visiontv.az