Şimali Koreya ilk dəfə Rusiyaya "KN-30" ballistik raketləri verib - Ukrayna kəşfiyyatından araşdırm
21.08.2026

Rusiya Şimali Koreyadan "KN-30" ballistik raketləri alıb və bunlardan Ukraynaya zərbələr endirmək üçün istifadə edə bilər.

Visiontv.az-ın "Obozrevatel" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat verib.

"Hwansong-11C" kimi də tanınan "KN-30" raketi "KN-23" raketinin modernləşdirilmiş versiyasıdır və əldə olan məlumatlara görə, 2500 kiloqrama qədər ağırlığında döyüş başlığı daşımaq imkanına malikdir.

Bildirilir ki, 2026-cı ilin iyul ayına olan məlumata görə, Rusiyanın arsenalında xüsusən "KN-23", "KN-24" və "KN-30" daxil olmaqla, Şimali Koreyanın müxtəlif tipli təxminən 50 ballistik raketi olub.

Qeyd edilib ki, Rusiya həmçinin öz istehsalı olan 1000-dən çox müxtəlif raket və yüzlərlə digər tipli sursatlara malikdir.

Ukrayna Baş Kəşfiyyat İdarəsinin məlumatlarına görə, Rusiya qoşunlarının ehtiyatında hazırda təxminən 600 "Oniks" gəmi əleyhinə raketi, 450-dən çox "Kalibr" qanadlı raketi və 120-dən çox "Sirkon" hipersəs raketi mövcuddur. Eyni zamanda, "İskəndər-M" əməliyyat-taktiki kompleksləri üçün təxminən 130 raket və daha yüzlərlə digər sursat növləri Rusiyanın istismarındadır.

Bildirilir ki, Rusiya hərbi-sənaye kompleksi istehsalı artırmağa davam edir və ayda 200-dən çox qanadlı və ballistik raket istehsal edir.

visiontv.az