Seutaya çatmağa çalışarkən ölən miqrantlarla bağlı son statistika
05.08.2026

İspaniyanın Seuta muxtar şəhərinə kütləvi axın edən miqrantların ən azı 141-ü bölgəyə çatmağa çalışarkən həlak olub.

Visiontv.az-ın xəbərinə görə, bu barədə "Caminando Fronteras" insan haqları təşkilatı öz "İnstagram" hesabında məlumat verib.

"30 iyul - 4 avqust tarixlərində Seuta və Mərakeşdə ölən 141 miqrantın cəsədləri tapılıb", - deyə təşkilat paylaşımında bildirib.

İspaniyanın hakimiyyət orqanlarının məlumatına görə, iyul ayının sonunda təxminən 72 000 qeyri-qanuni miqrant su yolu ilə Seutaya çatmağı bacarıb. Onların əksəri sonradan geri qaytarılıb.

visiontv.az