Nəşr bildirib ki, Kür çayı Azərbaycanın ən mühüm su hövzələrindən biri olmaqla yanaşı, Cənubi Qafqaz bölgəsinin əsas çay sistemlərindən sayılır və kənd təsərrüfatı ilə yaşayış məntəqələrinin formalaşmasında mühüm rol oynayır.
Məqalədə qeyd edilir ki, peyk görüntüləri çayın təbii məcrasını, geniş döngələrini və ətraf ərazilərin inkişafını əks etdirir.
“Asr Iran”ın məlumatına görə, Kür çayı Türkiyənin şimal-şərqindən başlayaraq Gürcüstan və Azərbaycanın ərazisindən keçərək 1500 kilometrdən çox yol qət edir və sonda Xəzər dənizinə tökülür.
visiontv.az




