Abbas Əraqçi Pakistana səfər edəcək
05.08.2026

İranın xarici işlər naziri Abbas Əraqçi avqustun 7-də Pakistana səfər edəcək.

Bu barədə Pakistanın “The Nations” nəşri məlumat yayıb.

Bildirilib ki, Əraqçi səfər çərçivəsində İslamabadda Pakistan rəsmiləri ilə görüşlər keçirəcək. Danışıqlarda ikitərəfli münasibətlər, regional təhlükəsizlik məsələləri və Yaxın Şərqdəki son vəziyyətin müzakirə olunacağı gözlənilir.

Səfər İran və  ABŞ arasında gərginliyin davam etdiyi, eləcə də regionda diplomatik təşəbbüslərin intensivləşdiyi bir dövrə təsadüf edir.

Qeyd edək ki, Pakistan son dövrlərdə İranla  ABŞ arasında mümkün dialoq kanallarının yaradılması istiqamətində vasitəçilik edir.

visiontv.az