Səmranın yeni klipi " ARMAS"- VİDEO
06.05.2019

Səmra Rəhimli hip-hop janrında ifa edən ilk azərbaycanlı xanım müğənni olduğunu iddia edir

Müğənni Səmra Rəhimli yeni layihəsini təqdim edib. O, "Armas" adlı yeni mahnısını ekranlaşdırmaq qərarına gəlib. Səmra bunun üçün fərqli obrazda kamera qarşısına keçib. "Armas" mahnısının müəllifləri Clavis və OD-dur. Layihənin rəhbəri, rejissoru, ssenaristi və stilisti isə sənətçisinin anası İlahə Baxşiyevadır. Səmranın anası sözügedən klipin sonunda aktrisa kimi də yer alıb.



 Qeyd edək ki, Səmra Rəhimli  "O Səs Türkiyə" və "Səs Azərbaycan" layihələrinin iştirakçı olan Səmra 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci "Avroviziya" Mahnı Müsabiqəsində Azərbaycanı "Miracle" mahnısı ilə təmsil edib. O, Avroviziya 2016"nın final mərhələsində 17-ci yerdə qərarlaşıb.

 Onu da vurğulayaq ki, yeni imic yaratmağı bacaran Səmranın rol adığı klip birmənalı qarşılanmasa da fərqli obrazı ilə seçilir.