Səfirlik binası Azərbaycan torpağıdır: Oraya hücum ölkəmizə hücum mənasına gəlir
Səfirlik binası Azərbaycan torpağıdır: Oraya hücum ölkəmizə hücum mənasına gəlir
05.08.2022 MEDİA Tərəfindən

Londonda kı Azərbaycan səfirliyi binasına dini ekstrimist qrup tərəfindən hücum edilir.

Hətta səfirliyin eyvanına çıxaraq bayrağımızı aşağı atırlar.

Təxribatın zamanlanması çox  önəmlidir.

Hadisə Məhərrəm ayı, Zəngəzur dəhlizi məsələsinin dalana dirəndiyi bir zaman, Laçında təxribatların baş verdiyi bir vaxtda baş verir.

Məhərrəmlik ayında İran yandaşlarının belə bir aksiya həyata keçirməsi  və səsləndirdikləri şüarları nəzərə alarsaq, bu Tehranın qeyri rəsmi olaraq  Azərbaycanı  dünya müsəlmanlarının gözündən salmaq və qeyri İslam- şiə dövləti elan etmək cəhdidir.

Əlavə olaraq isə təbiiki, Zəngəzur məsələsində daha çox söz sahibi olmaq üçün təyziq metodudur.

Digər tərfdən hadisəyə bizim səfir və səfirliyin əməkdaşlarının reaksiyası heç də bir mənalı qarşılanmadı.

Səfirlik binası Azərbaycan torpağıdır. Oraya hücum ölkəmizə hücum mənasına gəlir. Hücum edənlərə səfirlik əməkdaşları tərəfindən göstərilən müqavimət vətən müdafiəsi mənasını daşımalıdır. Bəs bizim səfirliyin əməkdaşları və səfir harda idi? Niyə müqavimət göstərmədilər? Canlarından qorxdularmı? Bir gün öncə cəbhə xəttində  şəhid olan  gənc əsgər Anar Kazımovdan dəyərlidirmi canınız?

Səbəb , səfir və bütün komandasının canında vətən sevgisinin olmamasıdır. Yəqin əməkdaşların arasında kasıb vətəndaşın balası olmayıb. Olsaydı əminəm ki səfirliyi, bayrağı canı və qanıyla müdafiı edərdi.

Siyasi şərhçi Müşfiq Məmmədov

visiontv.az