İranın Ermənistandakı səfiri Mehdi Sübhani dünən “Sputnik Armenia”ya müsahibəsində deyib ki, “İran istənilən ssenariyə hazırdır, lakin mümkün müharibə ilə bağlı bəyanatları şayiə hesab edir”.
Onun sözlərinə görə, belə mesajlar məqsədli şəkildə yayılır və konkret məqsədlər güdür.
“Bunlar əsasən informasiya müstəvisində yayılan şayiələrdir. Məqsəd regionda vəziyyəti süni şəkildə gərginləşdirməkdir. Bu narrativlərin və onların yaratdığı psixoloji ab-havanın bizə heç bir təsiri yoxdur. Eyni zamanda, diplomatiya pəncərəsinin açıq qaldığına inanırıq, istənilən avantüraya hazırıq", - səfir əlavə edib.
visiontv.az