Savədə üç əfqanistanlı quyuda həlak olub
16.09.2026

Mərkəz əyalətinin azərbaycanlıların kompakt yaşadığı Savə şəhərinin Kavə sənaye şəhərciyində iş qəzası baş verib.

Bu haqda "İlna" məlumat yayıb.

Məlumata görə, üç Əfqanistan vətəndaşı sənaye müəssisələrindən birində quyu qazarkən uçqun nəticəsində həlak olublar.

Onların təhlükəsizlik qaydaları qorunmaığı və lazimi avadanlıqla təmin olunmadıqlarına görə həyatlarını itirdikləri bildirilib.

visiontv.az