Sabah Bakıda 27 dərəcə isti olacaq
06.05.2019

Bakıda və Abşeron yarımadasında mayın 7-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

Bakıda və Abşeron yarımadasında mayın 7-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Bölgələrdə də hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Mayın 7-8-də Abşeron yarımadasında əsasən komfort hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.