Mənim hicab qaydalarını pozanlara qarşı münasibətlə bağlı dediyimi fikirlər yanlış anlaşılıb.
Bunu İran Məsləhət Şursının üzvü Məhəmməd Rza Bahonər deyib.
İran televizyasında çıxış edən Bahonər onun ifadələrindən bəzilərinin su-istifadə etdiyini və məsələnin mahiyyətinin təhrif edildiyini iddia edib:
"Mən hicabsızlığın qarşısının alınmasının əleyhinə deyiləm, sadəcə hicabsızlığa qarşı tətbiq olunan metodların dəyişdirilməsinin vacibliyini demişəm".
Məhəmməd Rza Bahonər əlavə edib ki, "heç kim hicabın əhəmiyyətsiz və qeyri zəruri olduğunu deyə bilməz".
Qeyd edək ki, bir neçə gün bundan əvvəl bir sıra media orqanları Məhəmməd Rza Bahonərə istinadən "İranda məcburi hicab qanununun icrası dayandırıldı" başlıqlı məlumat yaymışdı.
visiontv.az