Rusların xüsusi qrupları öncədən Xankəndinə yerləşiblər: Aksiyada iştirak edənlərin önəmli hissəsi də onlar olub
Rusların xüsusi qrupları öncədən Xankəndinə yerləşiblər: Aksiyada iştirak edənlərin önəmli hissəsi də onlar olub
26.12.2022 Azər Rəşidoğlu Tərəfindən

Xankəndində 70 min, yaxud 20 min nəfərin aksiyada iştirak etdiyinin heç bir önəmi yoxdur.

17 min də böyük rəəqmdir. Məsələ oradadır ki, orada o qədər erməni qalmayıb. İrəvandan da gətirilə bilməzdi, yol bağlıdır. Deməli, rusların xüsusi qrupları öncədən orada yerləşiblər. Aksiyada iştirak edənlərin önəmli hissəsi də onlar olub. Bu təxribatçıların nə məqsədlə yerləşdiyini təxmin etmək olar. Həmin ərazilərdə lokal toqquşma belə ciddi problemə çevrilə bilər. Separatçılara Azərbaycan qanunlarına tabe olmaq üçün vaxt verilməlidir, tabe olmasalar, anti-terror əməliyyatı davam etdirilməlidir. Vardanyanın hədəfi Xankəndi deyil, İrəvandır. Putin Paşinyanı onunla əvəzləmək istəyir. Odur ki, Vardanyana Qarabağda kiçik də olsa qələbə lazımdır və Kreml ona bu müstəvidə yardım edəcək.

Siyasi analitik  Azər Rəşidoğlu

visiontv.az