Qraf İqnatyev Rusiyanın Çindəki elçisi idi və 1860-cı ildə Pekin müqaviləsinin Çin tərəfindən təsdiqlənməsində əsas rol oynamışdır.
Bu müqavilə Rusiyaya həm Amur çayının sol sahilini, həm də Ussuri çayını, o cümlədən Vladivostok şəhərinin əsasının qoyulduğu Qızıl Buynuz körfəzi də daxil olmaqla bütün sahil limanlarını vermişdir. İkinci Tiryək Müharibəsi zamanı Çin İmperiyası ilə İngiltərə-Fransız qüvvələri arasında vasitəçi kimi çıxış edən İqnatyev Çin rəhbərliyini Rusiya ilə ittifaqın faydalarına inandıra bildi. Nəticədə Amur çayının bütün sol sahili rəsmi olaraq Rusiya İmperiyasına keçdi və Ussuri çayının mənsəbindən Koreya sərhədinə qədər olan torpaqlar (müasir Vladivostok da daxil olmaqla) birgə mülkiyyətə çevrildi və Rusiyanın Yapon dənizinə çıxışını təmin etdi.
Pərviz Əliyev
visiontv.az
