Rusiyanın hərbi karvanı Kurskda atəşə tutulub, 26 hərbçi həlak olub, 100-dən çoxu yaralanıb
09.08.2024

Ukrayna ordusunun Rusiyanın Kursk vilayətində hərbi maşın karvanını atəşə tutması nəticəsində 26 nəfər hərbi qulluqçu ölüb, 100-dən çoxu isə yaralanıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın teleqram kanalları xəbər yayıb.

Məlumata görə, HIMARS-dan endirilən zərbələr zamanı Rusiya tərəfindən döyüşən bir batalyon sıradan çıxarılıb.

Ehtimal olunur ki, Ukrayna tərəfi sözü gedən hərbi əməliyyat zamanı HIMARS raketlərindən istifadə edib. Hədəfə ümumilikdə 12 raket atılıb.