Gürcüstanın sabiq baş nazirinə hücum olub
15.01.2025

Gürcüstanın sabiq baş naziri Georgi Qaxariyaya hücum olub.

Visiontv.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin 1TV telekanalı məlumat yayıb.

Sabiq hökumət başçısına hücum edildiyini rəhbərlik etdiyi "Qaxariya - Gürcüstan naminə" partiyasının mətbuat xidməti təsdiqləyib.

Qaxariya klinikaya yerləşdirilib. Onun burnu qırılıb.

Qeyd edək ki, Qaxariya 2019-cu ildən 2021-ci ilədək Gürcüstanın Baş naziri olub.