Rusiya mediası və siyasi ekspertlər bütün günü Ermənistanın Azərbaycana qarşı müharibəyə başlayacağını yazır
Rusiya mediası və siyasi ekspertlər bütün günü Ermənistanın Azərbaycana qarşı müharibəyə başlayacağını yazır
04.09.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiyanin kütləvi informasiya vasitələri və siyasi ekspert dairələri durmadan Ermənistanın silahlanmasını və Azərbaycana qarşı müharibəyə başlamasını açıqlayırlar.

Bununla bağlı müxtəlif reportajlar və siyasi şərhlər verilir. Göründüyü kimi Rusiya tərəfi Azərbaycanla Ermənistan arasında növbəti müharibəyə başlamasında maraqlıdır.

Artıq Ermənistanla Azərbaycan arasında müharibəyə gətirib çıxaracaq səbəb yoxdur. Prosesə mane olacaq Zəngəzur dəhlizinin açılması ikitərəfli razılaşma nəticəsində sülh müqaviləsindən çıxarılıb. Tərəflər arasında müəyyən razılaşmalar əldə edilib. Bu razılaşmalar əldə edildikcə, Moskvada oturanların narahatlıq kimi bəyanatlarını eşidirik. Artıq Rusiya tərəfi Ermənistan və Azərbaycan arasında vasitəçi deyil. V. Putinin vasitəçiliy təklifi N. Paşinyan tərəfindən kəskin şəkildə qəbul edilmədi. Növbəti mərhələdə iki tərəf arasında yeni saziş imzalana bilər.

Məhəmməd Əsədullazadə

visiontv.az