Rusiya Cənubi Qafqazda sabit vəziyyətin olmasında maraqlıdır
27.09.2023

“Rusiya tərəfi Cənubi Qafqazda sabit vəziyyətin olmasında maraqlıdır. Rusiya bütün mübahisəli məsələlərin istisnasız olaraq siyasi-diplomatik yolla həll olunmasının tərəfdarıdır”.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Ermənistan və Azərbaycanın qarşılıqlı olaraq öz ərazi bütövlüklərini tanıdığını xatırladıb: “Azərbaycan və Ermənistan praktiki fəaliyyətlərində bu məlum prinsipi əsas götürəcək. Bu barədə tərəflər bəyan ediblər. Rusiya tərəfi Cənubi Qafqazda sabit vəziyyətin olmasında maraqlıdır. Rusiya bütün mübahisəli məsələlərin istisnasız olaraq siyasi-diplomatik yolla həll olunmasının tərəfdarıdır. Həm Ermənistan, həm də Azərbaycan bizim müttəfiqimizdir. İrəvanla bizi həm ikitərəfli, həm də KTMT formatında təhlükəsizlik sahəsində öhdəliklər bağlayır. Bakı ilə 2020-ci ilin fevralında imzalanan Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməsi uğurla həyata keçirilir. O ki, qaldı regionda nəqliyyat kommunikasiyalarının açılmasına, bu məsələyə hərtərəfli şəkildə Rusiya, Azərbaycan və Ermənistan baş naziri müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupun xətti ilə baxılır. Əminik ki, məhz bu formatda qarşılıqlı məqbul sayılan həll tapıla bilər və tapılmalıdır, hansı ki, bu həll hər bir ölkəyə onun milli ərazisindən keçəcək marşrut üzərində suverenliyinə zəmanət verəcək. Maraqlar balansına əsaslanan bu cür razılaşma region dövlətlərinə, o cümlədən qonşu Rusiya, Türkiyə və İrana fayda gətirəcək”, - deyə Zaxarova qeyd edib.