Rövnəq Abdullayev: SOCAR-ın balansında olan 2 min hektardan artıq ərazi rekultivasiya edilib
27.11.2019

"İndiyə qədər SOCAR-ın müəssisə və təşkilatlarının balansında olan 2 000 hektardan artıq ərazi rekultivasiya edilib, həmin torpaqlarda yaşıllıqlar salınıb".

Visiontv.az-ın məlumatına görə, bunu "İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu" beynəlxalq konfransda çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, rekultivasiya edilən ərazilərdə Bakı Olimpiya Stadionu, Bakı Ali Neft Məktəbinin kampusu, Ekopark və başqa obyektlər inşa olunub.