Yeri qəfil maqnit qasırğası bürüdü: Dalğalanma hansı səviyyəyə çatacaq?
18.08.2026

Avqustun 18-də səhər saatlarında dünya rəsədxanaları şəbəkəsi tərəfindən planetimizdə geomaqnit qasırğası qeydə alınıb. Bu təbiət hadisəsi Bakı vaxtı ilə saat 08:00-dən başlayıb. Hazırda dalğalanmanın gücü zəif hesab edilir və G1 səviyyəsində qiymətləndirilir.

Visiontv.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər  Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasından bildirilib.

Qurumdan bildirilib ki, hələ bir gün öncədən vəziyyətin ağırlaşacağı gözlənilsədə, mütəxəssislər maqnit dalğalanmalarının aşağı səviyyədə qalacağını ehtimal edirdilər. Hazırda Günəş küləyinin göstəriciləri zəifdir və sahədə titrəyişlər yaradan əsas amil hələ ki məlum deyil. Bütün bunlara rəğmən, qasırğanın baş verdiyi artıq öz təsdiqini tapıb.

Alimlərin sözlərinə görə, avqust ayı ərzində yüksək fəallıq müşahidə olunur: ayın 2-si və 8-də qeydə alınan analoji hadisələrdən sonra bu, son 18 gündə baş verən üçüncü qasırğadır. Bu cür hal Günəşdəki ümumi zəif fəallıq göstəriciləri ilə təzad yaradır, baxmayaraq ki, indiyə qədərki qasırğaların heç biri beş ballıq sistemdə G2 səviyyəsindən yuxarı qalxmayıb.

Mövcud maqnit dalğalanmasının çox çəkməyəcəyi və günorta vaxtlarına qədər geomaqnit sahəsinin normala dönəcəyi proqnozlaşdırılır.

visiontv.az