Qurban Pirimov Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsini icra edəcək.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə mədəniyəti naziri Adil Kərimli əmr imzalayıb.
Mədəniyyət Nazirliyi faktı APA-ya təsdiqləyib.
Qeyd edək ki, kinostudiyanın direktoru vəzifəsini Azər Quliyev icra edirdi.
Xatırladaq ki, Qurban Pirimov bundan əvvəl Azərbaycan Kino Agentliyində direktor müavini vəzifəsini icra edib.