4.07.2020
Axtar
Hadisə
alt

Qızını qaçırdılar, özünü də döydülər

Bakıda ana öz qızından imtina edir.

Visiontv.az BAKU.WS-yə istinadən xəbər verir ki, ARB-nin "Elgizlə izlə" proqramına gələn ana qızının onun evindən qeydiyyatdan, eləcə də övladlıqdan çıxarılması üçün kömək istəyib.

"Qızımın 17 yaşı vardı, elçi gəldilər. Qaçırmasınlar deyə verdim, nişanladıq. Buna baxmayaraq qaçırtdılar. Getdim polisə verdim, ona görə düşmənik. Qızımı qaçırdılar, getdim qapılarına. Qapını açanda qızımın qayınanası üstümə cumdu. Əlbəyaxa davaya çıxdım. Çox əsəbi idim, özümü idarə edə bilmədim. Oğlanın ağbirçək ata nənəsi, qayınana, iki xalalar, bir də yeznə tutdular məni döydülər. Qızım orada olduğu halda çıxıb demədi ki, mənim anamı niyə döyürsüz? O övladı bağışlamaq olarmı? "Qızım" deyib, bağrıma basa bilərəmmi?

İki nəvəmin üzünü hələ də görməmişəm. Ərim tutulub, özüm də xəstəyəm. Hər an ölə bilərəm. Ölsəm, onun vərəsə kimi mənim torpağıma, evimə şərik olmasını istəmirəm. Belə günümdə yanımda deyilsə, o övladı istəmirəm. Barışmaq fikrim yoxdur, getsin ailəsilə xoşbəxt olsun. Məni döydürən qızı istəmirəm!"

Şərh