Hökumət məmurları və həbsxana nəzarətçiləri Qəzvinin Çubindər zindanında saxlanılan Güney azərbaycanlı siyasi fəal Məhəmmədrza Murad Behruzini ölümcül şəkildə döyüblər.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb. Məlumata görə, hadisə siyasi məhbusların həbsxana nəzarətçilərinin təzyiq və təhqirlərinə qarşı etiraz aksiyalarından sonra baş verib.
Döyülmə nəticəsində Məhəmmədrza Murad Behruzinin bir neçə qabırqası və bir əli sınıb, üz nahiyəsindən ağır xəsarətlər alb. O, vəziyyətinin ağır olduğu üçün xəstəxanaya köçürülüb.
Qeyd edək ki, Məhəmmədrza Murad Behruzi bir neçə ittihama, o cümlədən "milli təhlükəsizliyə qarşı çıxmaq" ittihamına görə həbs edilib. Onun həyat yoldaşı Suri Babayi Çegini də yanvarın 6-da baş tutan xalq etirazları zamanı saxlanılıb və "rəhbəri təhqir etmək" və "dövlət quruluşuna qarşı təbliğat aparmaq" ittihamaları ilə 3 il həbs cəzasına məhkum edilib.
visiontv.az