İran və Ermənistan arasında "yaşıl gömrük dəhlizi" işə düşür
06.07.2026

İran Gömrük Təşkilatının Tranzit Ofisinin rəhbəri Çingiz Xonari bildirib ki, İran və Ermənistan arasında "yaşıl gömrük dəhlizi"nin açılması üçün son hazırlıqlar gedir. Tezliklə iki ölkə rəsmiləri arasında keçiriləcək onlayn iclasdan sonra müvafiq protokol imzalanacaq.

Bu dəhliz vasitəsilə xüsusilə kənd təsərrüfatı, qida və digər əsas malların gömrük prosedurları risklərin idarə edilməsi sistemi əsasında, minimum sənədləşmə ilə və sürətli şəkildə həyata keçiriləcək.

Mallar sərhədə çatmazdan əvvəl məlumat mübadiləsi aparılacaq ki, sərhəddə gözləmə vaxtı minimuma endirilsin.

İlk mərhələdə bu sistem yalnız Ermənistanla tətbiq olunacaq, amma növbəti mərhələlərdə onun Avrasiya İqtisadi İttifaqının digər üzv ölkələri ilə də genişləndirilməsi nəzərdə tutulur.

Bundan əlavə, İran gömrüyü tranzit vaxtını azaltmaq üçün "qarışıq daşıma" (avtomobil və dəmir yolu nəqliyyatı ilə) layihəsini sınaqdan keçirir.

visiontv.az