Təbrizdə tarixi məhəllə adlarının bərpası təklif edilib - VİDEO
06.07.2026

Təbriz Şəhər Şurasının üzvü Rəsul Bərgi şəhərin tarixi kimliyini əks etdirən yer və məhəllə adlarının bərpa olunmasına çağırıb.

Bərginin sözlərinə görə, Təbrizin bir sıra tarixi məhəllələrinin adları rəsmi sənədlərdə dəyişdirilsə də, sakinlər həmin əraziləri hələ də qədim adları ilə tanıyır və istifadə edirlər.

O bildirib ki, tarixi Dəvəçi məhəlləsi rəsmi sənədlərdə "Şəms Təbrizi", Gümüşqaya məhəlləsi isə "Dəmeşqiyyə" kimi göstərilir. Bununla belə, xalq arasında bu bölgələr əvvəlki adları ilə tanındığından onların tarixi adlarının bərpası vacibdir.

Bərgi aidiyyəti dövlət qurumlarını Urmiya Şəhər Şurasının təcrübəsindən faydalanmağa çağırıb. O qeyd edib ki, Urmiyada qəbul edilən qərarla sonradan dəyişdirilmiş "Doşabxana", "Dərvişlər", "Dəmirçilər", "Şır-şıra" və digər tarixi məhəllə adları bərpa olunub.

visiontv.az